Ana Sayfa > Karusel / Siyasət > Bakıda Putinə hansı yeməklər təqdim olunub? - Menyu açıqlandı
Bakıda Putinə hansı yeməklər təqdim olunub? - Menyu açıqlandı19-08-2024, 19:40. Yazar: Admin |
Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana səfəri zamanı keçirilən qəbulda təqdim olunan yemək menyusu açıqlanıb. Qarabaginfo.az xəbər verir ki, yemək masasına qara ikra, kükü, qızardılmış badımcan salatı, qızardılmış düşbərə və soyuq sup düzülüb. Bundan başqa, ət və göy qutabları da ali qonağın şərəfinə menyuda yer alıb. Rusiya lideri milli mətbəximizdən yarpaq dolmasının da dadına baxıb. Menyuda qızardılmış alabalıq da olub. Bundan başqa, masaya təndirdə qızardılmış keçi də gətirilib. Milli şirniyyatların da yer aldığı menyuda şərablar da yerli olub.
Geri dön |