Ana Sayfa > Karusel / Region > Kobaxidze: Parlament seçkilərində mübarizə müharibə və sülh arasında gedəcək

Kobaxidze: Parlament seçkilərində mübarizə müharibə və sülh arasında gedəcək


19-08-2024, 17:47. Yazar: Admin

Gürcüstanın baş naziri baş naziri İrakli Kobaxidze

 

Gürcüstanda oktyabrın 26-da keçiriləcək parlament seçkisində mübarizə müharibə ilə sülh arasında gedəcək.

Qarabaginfo.az  “1tv.ge”yə istinadən xəbərinə görə, bunu adı çəkilən ölkənin baş naziri İrakli Kobaxidze deyib.

O budəfəki səsvermə prosesini prinsipial adlandırıb və əhalinin düzgün seçim edəcəyinə əminliyini ifadə edib:

“Bu seçki son dərəcə prinsipial xarakter daşıyır. Deyərdim ki, Gürcüstanın tarixində heç vaxt belə prinsipial seçki olmayıb. Bu, həm də müharibə ilə sülh, eləcə də təbliğat və ənənəvi dəyərlər arasında özünəməxsus bir referendumdur. Lakin seçim etmək asandır: əhali birmənalı şəkildə milli-mənəvi dəyərlər və ölkənin işıqlı gələcəyini seçməlidir”.


Geri dön