Ana Sayfa > Karusel / Dünya > Co Bayden vaxtından əvvəl vəzifədən gedə bilər
Co Bayden vaxtından əvvəl vəzifədən gedə bilər19-08-2024, 15:59. Yazar: Admin |
ABŞ-nin Nümayəndələr Palatasının “Respublikaçılar” partiyasından olan üzvləri prezident Co Baydenin impiçmentinə səbəb olacaq hesabatı Konqresə təqdim edib. Qarabaginfo.az “Reuters“ə istinadən xəbərinə görə, 291 səhifəlik sənəddə bildirilib ki, Ağ Ev rəhbəri 2014-cü ildən bəri şəxsi nüfuzundan istifadə edərək ailə üzvlərinə aid şirkətlərin ticarət əməliyyatlarının təşviqi müqabilində külli-miqdarda gəlir qazanıb. O, həmçinin ABŞ-də biznesini inkişaf etdirmək istəyən rumıniyalı iş adamından rüşvət almaqda da ittiham olunur. Hələlik Nümayəndələr Palatasının rəhbəri Mayk Consonun impiçment dinləmələri haqda qərar verib-verməyəcəyi aydın deyil. Lakin məsələ müzakirəyə çıxarılsa, o vaxtından əvvəl vəzifədən gedə bilər. Qeyd edək ki, Сo Baydenin səlahiyyət müddəti yanvarın 20-də başa çatır. Geri dön |