Ana Sayfa > Karusel / Sosial > Hərbçilərin pensiyaları gecikir? - Rəsmi açıqlama

Hərbçilərin pensiyaları gecikir? - Rəsmi açıqlama


19-08-2024, 13:57. Yazar: Admin

herbcilerin-pensiyalari-gecikir

Azərbaycanda hərbçilərin hələ də avqust ayının pensiyasını ala bilməmələri ilə bağlı şikayətlər var.

Qarabaginfo.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumatlar yayılıb.

İddia olunur ki, hər ayın 15-i hərbçilərə pensiya ödənişi olunsa da, bu ay yubanma olub. Avqustun 16-sı Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlarda xidmət etmiş hərbçilərinin pensiyaları verilsə də, digər hərbçilər hələ də pensiya ala bilməyiblər.

Yaranmış problemlə əlaqədar Dövlət Sosial Müdafiə Fonduna müraciət etdik. Qurumdan sorğumuza belə cavab aldıq: “Pensiyaların ödənişində hər hansı bir gecikmə yoxdur. Respublika üzrə avqust ayının pensiylarının ödənişi davam etdirilir. Avqustun 9-da Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə, avqustun 15-dən isə respublikanın ayrı-ayrı rayonlarında qeydiyyatda olan pensiyaçıların pensiyaları ödənilib.

Güzəştli şərtlərlə pensiya alan şəxslərin pensiyalarının maliyyələşdirilməsi başa çatdırılıb. Ödəniş isə banklar vasitəsi ilə davam etdirilir. Günün sonunadək proses tam başa çatdırılacaq”.

Fonddan həmçinin bildirildi ki, avqust ayı başa çatmamış avqust ayının pensiyalarının ödənişi yekunlaşdırılacaq.


Geri dön