Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205
Ana Sayfa > Karusel / Region > Rayonlara yağış yağıb - FAKTİKİ HAVA
Rayonlara yağış yağıb - FAKTİKİ HAVA19-08-2024, 11:32. Yazar: Admin |
Rayonlara yağış yağıb - FAKTİKİ HAVA![]() Avqustun 19-u saat 9:00-a olan məlumata əsasən Azərbaycanda əsasən yağmursuz hava şəraiti müşahidə olunub. Bu barədə Qarabaqinfo.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, gündüz bəzi yerlərdə qısamüddətli yağış yağıb, şimşək çaxıb. Düşən yağıntının miqdarı Lənkəranda 6 mm, Astarada 2 mm, Cəlilabad, Daşkəsən, Gədəbəy, Gəncə, Qobustan, Sabirabad, Biləsuvar, Bakıda və Abşeron yarımadasında 1 mm-dək olub. Şərq küləyi arabir Culfada 18 m/s-dək güclənib. Şəmkir, Qrız, Lerikdə duman müşahidə olunub. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 33, Naxçıvan MR-da 34, Aran rayonlarında 33, dağlıq rayonlarda 21 dərəcəyədək isti qeydə alınıb. Geri dön |