Ana Sayfa > Karusel / Region > Amfibiya təyyarəmizin Türkiyədəki yanğınlarla mübarizə görüntüləri - Video

Amfibiya təyyarəmizin Türkiyədəki yanğınlarla mübarizə görüntüləri - Video


19-08-2024, 09:15. Yazar: Admin

amfibiya-teyyaremizin-turkiyedeki-yanginlarla-mubarize-goruntuleri

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyədəki güclü meşə yanğınları ilə mübarizə tədbirlərinə köməklik göstərilməsi məqsədilə qardaş ölkəyə göndərilmiş Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin “BE-200ÇS” amfibiya tipli təyyarəsi yanğınsöndürmə əməliyyatını davam etdirir.

Qarabaginfo.az FHN-ə istinadən xəbər verir ki, ötən gün ərzində Muğla-Ula istiqamətində fəaliyyət göstərmiş təyyarə 12 dəfə suboşaltma əməliyyatı yerinə yetirməklə meşədəki yanğın ocaqlarına ümumilikdə 114 ton su töküb.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.


Geri dön