Ana Sayfa > Karusel / Dünya > Amfibiya təyyarəsi Türkiyədəki meşə yanğınları ilə mübarizə tədbirlərinə başlayıb - VİDEO

Amfibiya təyyarəsi Türkiyədəki meşə yanğınları ilə mübarizə tədbirlərinə başlayıb - VİDEO


18-08-2024, 20:46. Yazar: Admin

Amfibiya təyyarəsi Türkiyədəki meşə yanğınları ilə mübarizə tədbirlərinə başlayıb - VİDEO

Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasındakı güclü meşə yanğınları ilə mübarizə tədbirlərinə köməklik göstərilməsi məqsədilə Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin “BE-200ÇS” amfibiya tipli təyyarəsi qardaş ölkəyə göndərilib.

Fövqəladə Hallar Nazirliyindən Qarabaginfo.az-a verilən xəbərə görə, artıq amfibiya təyyarəsi Türkiyədə meşə yanğınlarının söndürülməsi əməliyyatına başlayıb.

 


Geri dön