Zaporojye Atom Elektrik Stansiyasının yaxınlığına edilən PUA hücumundan sonra ərazidə nüvə təhlükəsizliyi ilə bağlı vəziyyət pisləşib.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Atom Enerjisi üzrə Beynəlxalq Agentlik məlumat yayıb.
“AES-in perimetri boyu yolda PUA zərbəsi fonunda vəziyyət daha da pisləşir”, - agentliyin saytında dərc olunan press-relizdə deyilir.