Ana Sayfa > Karusel / Dünya > Misir XİN bütün tərəfləri Qəzza zolağında münaqişəni genişləndirməkdən çəkinməyə çağırıb

Misir XİN bütün tərəfləri Qəzza zolağında münaqişəni genişləndirməkdən çəkinməyə çağırıb


18-08-2024, 08:33. Yazar: Admin

Misir XİN bütün tərəfləri Qəzza zolağında münaqişəni genişləndirməkdən çəkinməyə çağırıb

Bölgədəki bütün tərəflər Qəzza zolağında münaqişəni genişləndirməkdən çəkinməlidirlər, çünki bu, Yaxın Şərqdə təhlükəsizliyə xələl gətirə bilər.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Misirin xarici işlər naziri Bədr Əbdül Atanın iranlı həmkarı Əli Baqiri Kani ilə telefon danışığı zamanı bildirib.

“Beynəlxalq ictimaiyyət indi həmişəkindən daha kəskin şəkildə dərk edir ki, Qəzzada müharibə dayandırılmalı və girovların məhbuslarla dəyişdirilməsi ilə bağlı saziş bağlanmalıdır”, - XİN başçısı vurğulayıb.


Geri dön