Ana Sayfa > Karusel / Dünya > Bayden Qəzzada atəşkəs üçün Sisi və Şeyx Təmimlə telefonla danışıb
Bayden Qəzzada atəşkəs üçün Sisi və Şeyx Təmimlə telefonla danışıb17-08-2024, 08:59. Yazar: Admin |
ABŞ prezidenti Co Bayden Misir prezidenti Əbdülfəttah əs-Sisi və Qətər əmiri Şeyx Təmim bin Həməd Al Tani ilə Qəzzada aparılan atəşkəs danışıqları ilə bağlı son vəziyyəti dəyərləndirib. Qarabaginfo.az xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Şon Savett bildirib. Onun sözlərinə görə Bayden Misir prezidenti Sisi və Qətər əmiri Şeyx Təmimlə ayrı-ayrılıqda telefonla danışaraq Dohada atəşkəs danışıqlarında əldə edilən ciddi irəliləyişləri müzakirə edərək növbəti proseslə bağlı fikirlərini onlarla bölüşüb. Qeyd edək ki, İsrail və HƏMAS arasında Qəzza zolağında əsirlərin mübadiləsi və atəşkəsin əldə edilməsi məqsədilə cümə axşamı və cümə günləri Qətərin paytaxtı Dohada danışıqlar aparılıb. Geri dön |