Ana Sayfa > Karusel / Dünya > Pentaqon PUA-ların modifikasiyası üçün 500 milyon dollarlıq müqavilə imzalayıb

Pentaqon PUA-ların modifikasiyası üçün 500 milyon dollarlıq müqavilə imzalayıb


17-08-2024, 08:48. Yazar: Admin

Pentaqon PUA-ların modifikasiyası üçün 500 milyon dollarlıq müqavilə imzalayıb

ABŞ Müdafiə Nazirliyi pilotsuz uçuş aparatının (PUA) modifikasiyası proqramını həyata keçirmək üçün “General Atomics” şirkəti ilə 500 milyon dollarlıq müqavilə imzalayıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Pentaqonun bəyanatında deyilir.

Bəyanatda həmçinin bildirilir ki, müqavilə uzadılmış uçuş məsafəsinə malik taktiki orta hündürlükdə olan MQ-9 və MQ-1C kimi PUA-ların modifikasiyası ilə bağlı proqramı əhatə edəcək.

Pentaqon müqavilə üzrə işlərin 16 avqust 2029-cu ilə qədər tamamlanacağını planlaşdırır.


Geri dön