Ana Sayfa > Karusel / Dünya > Xorvatiyada həqiqi hərbi xidmət bərpa ediləcək

Xorvatiyada həqiqi hərbi xidmət bərpa ediləcək


16-08-2024, 17:38. Yazar: Admin

Xorvatiyada həqiqi hərbi xidmət bərpa ediləcək

2025-ci il yanvarın 1-dən Xorvatiyada həqiqi hərbi xidmətə çağırış bərpa olunacaq.

Qarabaginfo.az “ABC News”a istinadən xəbərinə görə, bu barədə qərarı hökumət verib. Bildirilib ki, dəyişikliyin səbəbi Rusiya-Ukrayna müharibəsi səbəbindən qlobal gərginliyin artmasıdır.

Eyni zamanda o da bildirilir ki, hökumət ordunun modernləşdirilməsi istiqamətində genişmiqyaslı fəaliyyətə başlayıb.

Bu arada, bir sıra Avrozona ölkələrinin də həqiqi hərbi xidmətin bərpası istiqamətində addım atacağı bəlli olub. Belə ki, məsələ Serbiya hökumətində geniş müzakirə olunur.


Geri dön