Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Hikmət Hacıyev: "Ermənistan bütün vasitələrlə münaqişənin coğrafi əhatəsini genişləndirməyə çalışır"
Ana Sayfa > Karusel / Gündəm > Hikmət Hacıyev: "Ermənistan bütün vasitələrlə münaqişənin coğrafi əhatəsini genişləndirməyə çalışır"

Hikmət Hacıyev: "Ermənistan bütün vasitələrlə münaqişənin coğrafi əhatəsini genişləndirməyə çalışır"


16-10-2020, 14:52. Yazar: Admin

“Ermənistan bütün vasitələrlə münaqişənin coğrafi əhatəsini genişləndirməyə çalışır”.

Qarabaginfo.az-ın xəbərinə görə, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter”də bildirib.

“Ermənistan silahlı qüvvələri Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu ərazisinə raket zərbəsi endirib. Bu, Ermənistanın bütün vasitələrlə münaqişənin coğrafi əhatəsini genişləndirməyə çalışdığına dəlalət edir. Münaqişə bölgəsindən kənarda olan Azərbaycan şəhərlərinə raketlər atılır. Bütün məsuliyyət Ermənistanın üzərinə düşür”, - deyə H. Hacıyev qeyd edib.


Geri dön