Ana Sayfa > Karusel / Siyasət > Parlament seçkilərində "exit-poll" keçirmək üçün qeydə alınan təşkilatların sayı 3-ə çatıb

Parlament seçkilərində "exit-poll" keçirmək üçün qeydə alınan təşkilatların sayı 3-ə çatıb


16-08-2024, 16:39. Yazar: Admin

 

Истек срок приема документов организаций, желающих провести «exit-pol» на президентских выборах | 1news.az | Новости

Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar “exit-poll” keçirmək üçün daha bir təşkilat müraciət edib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında MSK sədrinin müavini Rövzət Qasımov deyib.

O bildirib ki, seçkilərdə “exit-poll” keçirmək üçün Sosioloji Tədqiqatlar Mərkəzi müraciət edib.

Təşkilatın müraciəti iclasda səsverməyə çıxarılıb və qəbul edilib.

Qeyd edək ki, bundan öncə Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar “exit-poll” keçirmək üçün iki təşkilatın - Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası "ORACLE ADVISORY GROUP" (Amerika Birləşmiş Ştatları) ilə birgə və "Tərəqqi" Sosial Tədqiqatlar İctimai Birliyi isə SWG S.P.A Tədqiqatlar Şirkəti (İtaliya) ilə birgə exit-poll keçirmək üçün müraciəti qəbul edilib.


Geri dön