Ana Sayfa > Karusel / Region > Baş Prokurorluğun idarə rəisi: Ermənistan tərəfindən su resurslarımızın çirklənməsi ilə bağlı araşdırmalar davam etdirilir

Baş Prokurorluğun idarə rəisi: Ermənistan tərəfindən su resurslarımızın çirklənməsi ilə bağlı araşdırmalar davam etdirilir


16-08-2024, 12:41. Yazar: Admin

Baş Prokurorluğun idarə rəisi: Ermənistan tərəfindən su resurslarımızın çirklənməsi ilə bağlı araşdırmalar davam etdirilir

Ermənistan tərəfindən su resurslarımızın çirklənməsi ilə bağlı araşdırmalar davam etdirilir.

Qarabaginfo.az xəbər verir ki, bu sözləri Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi Elnur Musayev Naxçıvan Dövlət Universitetinin Beynəlxalq Məktəbində "Ətraf mühitin gücləndirilməsi: Maarifləndirmə və hüquq mühafizə tədbirlərinin rolu" ECOLEAD layihəsi çərçivəsində "Ekoloji su hüquqpozmalarının iqlim dəyişikliyinə təkan verməsi" mövzusunda Elmi-Praktiki Konfransda deyib.
“Ermənistan ərazisində qanunsuz fəaliyyət göstərən müəssisələrin fəaliyyətinin dayandırılması məqsədilə beynəlxalq təşkilatlara, habelə xarici ölkələrin ekoloji nəzarət qurumlarına sorğular verilib, su nümunələri götürülərək çirklənmənin təsir dairəsi müəyyən edilir. Toplanmış materiallara hüquqi qiymət veriləcəkdir" – deyə Elnur Musayev əlavə edib.


Geri dön