Ana Sayfa > Karusel / Sosial > Abunəçilər "Azercell"in internet xidmətlərindən şikayət edir

Abunəçilər "Azercell"in internet xidmətlərindən şikayət edir


16-12-2017, 17:27. Yazar: Admin

 

 

"Qarabaginfo" "Report.az"-a istinadən xəbər verir ki.  Bakı şəhərinin bəzi ərazilərində “Azercell” şirkətinin göstərdiyi internet xidmətlərində yaranan problemlər hələ də davam edir. Problemlə bağlı şikayətlərin əksəriyyəti Xətai rayonundandır.

Abunəçilərin “Report”a bildirdiyinə görə, hələ noyabr ayında problemlə bağlı şirkətə müraciət olunsa da, problem həllini tapmayıb.

Abunəçilər bildirirlər ki, 3G və 4G paketləri aktiv olunduğu halda faktiki internet sürəti xeyli aşağıdır: "3G və 4G sürətli paketlər ümumiyyətlə açılmır, həmin trafikə görə pul ödənilsə də "EDGE" şəbəkəsində xidmət olunur".

Şirkət məsələ ilə bağlı “Report”un sorğusuna hələ cavab verməyib.


Geri dön