Ana Sayfa > Karusel / Dünya > ABŞ Dohada Qəzza üzrə danışıqların sabaha kimi davam edəcəyini gözləyir
ABŞ Dohada Qəzza üzrə danışıqların sabaha kimi davam edəcəyini gözləyir15-08-2024, 20:56. Yazar: Admin |
Ağ Ev bu gün Qətərdə Qəzza zolağında atəşkəs üzrə danışıqları “ümidverici bir başlanğıc” kimi qiymətləndirib, lakin bununla belə, əməliyyatın dərhal başa çatacağını gözləmədiklərini bildirib. Qarabaginfo.az AFP-yə istinadən xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib. Kirbi Dohada Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börnsün iştirakı ilə danışıqların başladığını təsdiqləyib. “Hələ görüləsi çox iş var. Mürəkkəbliyi nəzərə alaraq, bugünkü danışıqların nəticələrinə əsasən razılaşmanın əldə olunacağını gözləmirik”, - qeyd edib. Kirbi onu da əlavə edib ki, Ağ Ev Dohada danışıqlarının sabaha kimi davam edəcəyini gözləyir. Geri dön |