Ana Sayfa > Karusel / Region > Ermənistanın sabiq müdafiə naziri David Tonoyan azadlığa buraxılacaq

Ermənistanın sabiq müdafiə naziri David Tonoyan azadlığa buraxılacaq


15-08-2024, 17:39. Yazar: Admin

Ermənistanın keçmiş müdafiə naziri David Tonoyan

 

Ermənistanın keçmiş müdafiə naziri David Tonoyan sərbəst buraxılacaq.

Qarabaginfo.az xəbər verir ki, bu barədə "Sputnik Armenia"ya onun vəkili Albert Benqlyan məlumat verib.

O qeyd edib ki, sabiq nazir 3 il həbsdən sonra 15 milyon dram (37,5 min dollar) girov müqabilində sərbəst buraxılacaq.

Məhkəmə bu qərarı bir neçə dəqiqə əvvəl verib.

Xatırladaq ki, David Tonoyan yararsız aviasiya sursatları almaqda ittiham olunur və 2021-ci ilin sentyabrında həbs edilib.


Geri dön