Ana Sayfa > Karusel / İqtisadiyyat / Dünya > Rusiya və Hindistan rupiyi rubla dəyişməyin yolunu axtarır- “Reuters”

Rusiya və Hindistan rupiyi rubla dəyişməyin yolunu axtarır- “Reuters”


15-08-2024, 16:41. Yazar: Admin

Hindistan Mərkəzi Bankından nümayəndə heyəti milli valyutalarla ticarətin necə təşkil olunacağını müzakirə etmək və rupinin rubla məzənnəsini müəyyən etmək üçün hansısa yol tapmaq məqsədilə Rusiyaya gəlib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi Hindistan hökuməti və banklarındakı mənbələrə istinadən yazıb.

“Problem ciddidir. Müharibə başlayandan sonra Rusiya neft ixracını Avropadan Asiya bazarlarına, o cümlədən Hindistana yönləndirdi və onlar arasında ticarət kəskin artdı. Hindistan Rusiya neftinin əsas alıcısına çevrilib, Rusiya isə Çindən sonra Hindistana ikinci ixracatçıdır. Son maliyyə ilində bu göstərici artaraq 61 milyard dolları ötüb. Aprel-iyul aylarında isə 24 milyard dollar təşkil edib ki, bu da bir il əvvəlkindən 20 faiz çoxdur”, – məlumatda deyilir.


Geri dön