Ana Sayfa > Karusel / Dünya > Harris reklamlara Trampdan 10 dəfə çox pul xərcləyib- "Financial Times"

Harris reklamlara Trampdan 10 dəfə çox pul xərcləyib- "Financial Times"


15-08-2024, 12:37. Yazar: Admin

ABŞ-ın vitse-prezidenti Kamala Harris rəqəmsal reklam xərclərinə görə keçmiş prezident Donald Trampı 10 dəfə geridə qoyub.

Qarabaginfo.az xəbər verir ki, Tramp ənənəvi mediaya arxalanaraq, dörd il əvvəlkindən qat-qat az xərcləyir.

Bu barədə “Financial Times” məlumat yayıb.

Hazırkı prezident Co Bayden prezidentlik yarışından çıxdığı iyulun 21-dən bu yana Harris bu məqsədlərə 57 milyon dollar, Tramp isə 5,6 milyon dollar xərcləyib.

Dörd il əvvəl Tramp kampaniyası bu cür reklamlara 91 milyon dollar xərcləmişdi.


Geri dön