Ana Sayfa > Karusel / Dünya > Ukraynanın Sumı vilayətində 180-dən çox yaşayış məntəqəsinin sakinləri təxliyə edilir

Ukraynanın Sumı vilayətində 180-dən çox yaşayış məntəqəsinin sakinləri təxliyə edilir


14-08-2024, 23:04. Yazar: Admin

Ukraynanın Sumı vilayətində 180-dən çox yaşayış məntəqəsinin sakinləri təxliyə edilir

Ukrayna hakimiyyəti Sumı vilayətinin 183 yaşayış məntəqəsinin sakinlərini evakuasiya etmək niyyətindədir.

Qarabaginfo.az xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri İqor Klimenko özünün “Telegram” kanalında yazıb.

“İlkin olaraq 183 yaşayış məntəqəsinin əhalisi təxliyə edilir”, - nazir vurğulayıb.

O əlavə edib ki, indiyədək hakimiyyət orqanları 20 mindən çox vətəndaşı təxliyə edib, 2,5 minə yaxın uşaq rayondan çıxarılıb.

Son zamanlar bu bölgədə hərbi əməliyyatların intensivliyi artıb. Bunun fonunda avqustun 13-də Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Sumı vilayətində 20 kilometrlik sərhəd zonasında “bütün kateqoriyadan olan vətəndaşların” gediş-gəlişinə qadağa qoyulduğunu elan edib.


Geri dön