İranla İsrail arasında baş verə biləcək açıq qarşıdurma bütün bölgə üçün böyük təhlükədir.
Qarabaginfo.az xəbər verir ki, bu barədə Türkiyə milli müdafiə naziri Yaşar Güler “Habertürk”ə müsahibəsində deyib.
O, tərəfləri daha məntiqli addımlar atmağa, gərginliyi azaltmağa çağırıb.
Yaşar Güler, həmçinin, İsrailin hərbi əməliyyatlarını dayandırmaq niyyətində olmadığını düşündüyünü də vurğulayıb.