Ana Sayfa > Karusel / Dünya > KİV: İran uranın zənginləşdirilməsi istiqamətində tempi azaldıb

KİV: İran uranın zənginləşdirilməsi istiqamətində tempi azaldıb


14-08-2024, 17:36. Yazar: Admin

KİV: İran uranın zənginləşdirilməsi istiqamətində tempi azaldıb

İran son həftələrdə uranın zənginləşdirilməsi üçün nəzərdə tutulan yeni sentrifuqaların quraşdırılma tempini azaldıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” yazı dərc edib.

Müəllifinin siyasi şərhçi Lourens Norman olduğu məqalədə bu addım hakimiyyətə Məsud Pezeşkianın gəlməsi ilə əlaqələndirilir.

Əlavə edək ki, iyunun 13-də rəsmi Tehran Atom Enerjisi üzrə Beynəlxalq Agentliyini (AEBA) “Fordo” və “Natanze” nüvə obyektlərində yeni sentrifuqaların quraşdırılması barədə qərardan xəbərdar edib.

“Fordo”da ümumilikdə 174 ədəd sentrifuqanın işə salınacağı gözlənilir.

Qeyd edək ki, yeni qurğuların istismara verilməsi qərarı AEBA-nın Böyük Britaniya, Almaniya və Fransa tərəfindən təqdim olunan qətnaməni qəbul etməsindən sonra açıqlanıb.

Sözü gedən sənəddə rəsmi Tehran agentliklə tutarlı əməkdaşlıq etmədiyinə görə tənqid olunur.

Rusiya və Çin bu qətnamələrin əleyhinə səs verib.


Geri dön