Ana Sayfa > Karusel / İqtisadiyyat > Azərbaycanda dəniz ilə daşınan yüklərin çoxu neftin payına düşüb
Azərbaycanda dəniz ilə daşınan yüklərin çoxu neftin payına düşüb14-08-2024, 17:27. Yazar: Admin |
Azərbaycanda dəniz nəqliyyatı ilə 2024-cü ilin yanvar-iyul aylarında daşınmış yüklərin həcmi 4 905,7 min ton təşkil etmiş və əvvəlki ilin müvafiq dövrünə nisbətən 8,2% azalıb. Dövlət Statistika Komitəsindən Qarabaginfo.az-a verilən məlumata görə, hesabat dövründə daşıınan yüklərin 48,6%-i neft yükləri təşkil edib. Məlumata görə, dəniz limanları tərəfindən 8 059,2 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilmiş və yüklərin 6 449 min tonunu və ya 80%-i tranzit yüklər təşkil edilib. 2024-cü il avqust ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 350,4 min ton olub. “Dövr ərzində bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı 2023-cü ilin müvafiq dövrünə nisbətən 23,6% artaraq 15,7 min nəfər olub”, - məlumatda qeyd olunur. Geri dön |