Ana Sayfa > Karusel / Dünya > Yaponiyanın Baş naziri istefa verəcəyi tarixi açıqlayıb
Yaponiyanın Baş naziri istefa verəcəyi tarixi açıqlayıb14-08-2024, 16:18. Yazar: Admin |
Yaponiyanın Baş naziri Fumio Kişida növbəti ayda vəzifəsindən istefa verəcəyini bəyan edib. Qarabaginfo.az “Kyodo”ya istinadən xəbərinə görə, ölkəni üç il boyunca idarə edən hökumət başçısı bəyan edib ki, seçkidə iştirak etməyəcək: “Mən bu qərarı ona görə verdim ki, xalq partiyamızın daxilindəki dəyişiklikləri yetərincə hiss etsin. Hesab edirəm ki, parlament və hökumət fəaliyyətini yeni siyasi fiqurların rəhbərliyi ilə davam etdirməlidir. Xalqın etimadının yalnız bu üsulla bərpası mümkündür”. O bildirib ki, bundan sonrakı fəaliyyətini Yaponiya parlamentinin üzvü qismində davam etdirəcək. Qeyd edək ki, siyasi müşahidəçilər bu qərarın ölkənin təbii fəlakətlərə hazır olmadığı ilə bağlı silsilə açıqlamalar fonunda verdiyini ehtimal edir. Geri dön |