Ana Sayfa > Karusel / İqtisadiyyat > HAMAS-ın yeni rəhbəri atəşkəsə hazır olduqlarını açıqlayıb

HAMAS-ın yeni rəhbəri atəşkəsə hazır olduqlarını açıqlayıb


14-08-2024, 12:07. Yazar: Admin

HAMAS-ın Siyasi Bürosunun rəhbəri Yahya Sinvar

 

HAMAS-ın yeni lideri Yəhya Sinvar İsraillə atəşkəs sənədi imzalamağa hazır olduğunu bildirib.

Qarabaginfo.az xəbər verir ki, bu barədə “Hurriyet” qəzeti məlumat yayıb. Nəşr yazıb ki, artıq vasitəçilər İsrail tərəfini bundan xəbərdar edib.

Yazıda göstərilənlərə əsasən, HAMAS müzakirələrdə konstruktiv mövqe nümayiş etdirir.

Qeyd edək ki, Türkiyə hökumətinin dəfələrlə verilən açıqlamalarda razılaşmanın yalnız ABŞ və İsrail tərəfinin güzəştləri fonunda mümkün olacağı bildirilib.


Geri dön