Ana Sayfa > Karusel / Sosial > Deputat olmasalar da, deputat pensiyası alacaqlar! - Siyahı
Deputat olmasalar da, deputat pensiyası alacaqlar! - Siyahı14-08-2024, 11:37. Yazar: Admin |
Sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək. 2020-ci ildə baş tutan seçkidə deputat seçilən bir çox şəxs budəfəki seçkidə də namizəddir. Qarabaginfo.az Modern.az-a istinadən məlumatına görə, növbədənkənar parlament seçkilərində iştirak etməyən VI çağırış Milli Məclisin bir sıra deputatları seçkidən sonra pensiyaya çıxacaqlar. Azərbaycan müstəqillik qazandıqdan sonra - 1995-ci ildən bu yana deputat seçilənlərin pensiya almaq hüququ var. Qeyd edək ki, hazırda Azərbaycanda kişilər üçün əmək pensiyası yaşı 65, qadınlar üçün 64-dür. Beləliklə, seçkidən sonra deputat pensiyası alacaq şəxslər aşağıdakılardır: - İsa Həbibbəyli - 74 yaş - Sədaqət Vəliyeva - 70 yaş - Oqtay Əsədov - 69 yaş - Vahid Əhmədov - 76 yaş - Fəzail Ağamalı - 76 yaş - Sabir Rüstəmxanlı - 78 yaş - Tahir Kərimli - 68 yaş - Aqiyə Naxçıvanlı - 66 yaş - Bəxtiyar Sadıqov - 72 yaş Pensiyalarla bağlı qanuna görə, Azərbaycan Respublikası Milli Məclisinin sabiq deputatı fəaliyyətdə olan deputatın əməkhaqqının 80 faizi miqdarında pensiya almaq hüququna malikdir. Geri dön |