Ana Sayfa > Karusel / Dünya > Ukraynanın hücumları ilə əlaqədar Rusiyanın Belqorod vilayətində fövqəladə vəziyyət elan edilib

Ukraynanın hücumları ilə əlaqədar Rusiyanın Belqorod vilayətində fövqəladə vəziyyət elan edilib


14-08-2024, 11:31. Yazar: Admin

Vyaçeslav Qladkov

 

Ukraynanın hücumları ilə əlaqədar Rusiyanın Belqorod vilayətində regional səviyyədə fövqəladə vəziyyət rejimi elan edilib.

Qarabaginfo.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə vilayətin qubernatoru Vyaçeslav Qladkov bildirib.

Qubernator deyib ki, yaranmış gərgin və təhlükəli vəziyyətlə əlaqədar federal səviyyədə fövqəladə vəziyyət rejimi elan edilməsi üçün aidiyyəti qurumlara müraciət edəcək.

“Bizim Belqorod vilayətində vəziyyət həddindən artıq mürəkkəb və gərgin olaraq qalır. Hər gün Ukrayna Siyahlı Qüvvələri tərəfindən atəşə məruz qalırıq. Evlər dağılıb, dinc sakinlər arasında həlak olanlar və yaralananlar var. Buna görə də əhalinin müdafiə olunması, zərərçəkənlərə əlavə yardım göstərilməsi məqsədilə bu gündən vilayətin ərazisində regional səviyyədə fövqəladə vəziyyət rejimi elan edilməsinə qərar verdik”, - deyə qubernator region sakinlərinə müraciətində bildirib.

Qeyd edək ki, regional səviyyədə fövqəladə vəziyyət rejimi subyektin ərazisində 50-500 nəfər həlak olub, yaxud xəsarət alıbsa, dəymiş ziyan isə 12 milyon rubldan (təqribən 130 min dollar) 1.2 milyard rubla (təqribən 13 milyon 200 min dollar) qədərdirsə, elan edilir.

Federal səviyyədə fövqəladə vəziyyət rejimi isə zərərçəkənlərin sayı 500 nəfərdən yuxarı, dəymiş ziyan isə 500 milyon rubldan (təqribən 5 milyon 500 min dollar) yüksək olduqda tətbiq olunur.

Qeyd edək ki, Sudjansk və Korenevо rayonlarında Ukrayna Silahı Qüvvələri ilə silahlı toqquşmalarla əlaqədar artıq avqustun 7-dən Rusiyanın Kursk vilayətində regional səviyyədə fövqəladə vəziyyət rejimi tətbiq edilib.

Vəziyyət daha da gərginləşdiyindən avqustun 9-da Kursk vilayətində federal səviyyədə fövqəladə vəziyyət rejimi elan olunub.


Geri dön