Ana Sayfa > Karusel / Gündəm > Pakistandan Ermənistana sərt çağırış
Pakistandan Ermənistana sərt çağırış16-10-2020, 11:19. Yazar: Admin |
Pakistan Azərbaycanın Gəncə şəhərinin və digər mülki yaşayış məntəqələrinin atəşə tutulmasından narahatdır və Ermənistanı bu əməllərdən çəkinməyə çağırır. Qarabaginfo.az xəbər verir ki, Pakistan Dağlıq Qarabağ bölgəsində cərəyan edən hadisələri diqqətlə izləyir. Gəncə, Tərtər və Bərdə şəhərləri daxil olmaqla Azərbaycan ərazilərindəki mülki yaşayış məntəqələrinin atəşə tutulmasından olduqca narahatdır. Pakistan Azərbaycan hökumətinə və xalqına başsağlığı verir, Ermənistanı beynəlxalq humanitar hüququ pozaraq günahsız mülki insanlara hücum etməkdən çəkinməyə çağırır. Qardaş Azərbaycan xalqının Vətəni qorumaq üçün apardığı qanuni mübarizəsində Pakistan dəstəyini bir daha təsdiqləyir.
Geri dön |