Ana Sayfa > Karusel / Dünya > MN: Ötən gecə Rusiya səmasında Ukraynaya məxsus 117 PUA, 4 raket məhv edilib
MN: Ötən gecə Rusiya səmasında Ukraynaya məxsus 117 PUA, 4 raket məhv edilib14-08-2024, 09:56. Yazar: Admin |
Ötən gecə Rusiya ərazisi üzərində hava hücumundan müdafiə sistemləri tərəfindən Ukraynaya məxsus 117 PUA vurulub. Qarabaginfo.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, hücum zamanı, həmçinin 4 taktiki raket məhv edilib. Nazirliyin məlumatına görə, otuz yeddi pilotsuz uçan aparat və dörd raketin hamısı Kursk vilayəti ərazisi, daha otuz yeddi pilotsuz təyyarə Voronej vilayəti, on yeddisi Belqorod vilayəti, on biri Nijni-Novqorod vilayəti üzərində məhv edilib. Geri dön |