Ana Sayfa > Karusel / Dünya > Polşanın Baş naziri: “Ukraynanın Kurskdakı addımları müdafiə xarakteri daşıyır”
Polşanın Baş naziri: “Ukraynanın Kurskdakı addımları müdafiə xarakteri daşıyır”14-08-2024, 08:48. Yazar: Admin |
Polşanın Baş naziri Donald Tusk Ukrayna qoşunlarının Rusiyanın Kursk vilayətində keçirdiyi əməliyyatı şərh edib. Qarabaginfo.az xəbər verir ki, bu barədə Polşa radiosu məlumat yayıb. “Ukraynanın addımları müdafiə xarakteri daşıyır. Rusiya qoşunlarının və Rusiya aviasiyasının Ukrayna ərazisinə etdikləri soyqırımı və qeyri-insani cinayətlərin əlamətlərini daşıyır. Ukraynanın isə Rusiyanı mümkün qədər effektiv şəkildə təcavüzkar niyyətlərində iflic edəcək şəkildə müharibə aparmaq hüququ var”, - Baş nazir vurğulayıb. Geri dön |