Ana Sayfa > Karusel / Gündəm > Qarabağ icması çağırış yaydı
Qarabağ icması çağırış yaydı16-10-2020, 11:16. Yazar: Admin |
“Azərbaycanın işğal altında olan ərazilərində ordumuz tərəfindən ağır məğlibiyyətə uğradılan düşmən bütün platformalarda xalqımıza qarşı aqressivlik nümayiş etdirir. İnformasiya cəbhəsində də sarsıdıcı zərbələr alan ermənilər Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının üzvlərinin sosial şəbəkə, xüsusən də Twitter hesablarına kütləvi hucumlar həyata keçirirlər”. Bu barədə Qarabaginfo.az-a icmadan məlumat verilib. Azərbaycanın Dağlıq Qarabağ Bölgəsinin azərbaycanlı İcması olaraq sosial şəbəkə istifadəçiləri olan soydaşlarımıza müraciət edərək fəal şəkildə icma əməkdaşlarının hesablarını dəstəkləməyə və S.Məmmədovun hesabının bərpa edilməsindən ötrü həmrəylik nümayiş etdirərək, “Twitter” administrasiyasına çoxsaylı müraciətlər ünvanlamağa çağırırıq”. Geri dön |