Ana Sayfa > Karusel / İnfrastruktur > Sabah paytaxtın 8 Noyabr prospektinin bir hissəsində hərəkət tam məhdudlaşdırılacaq

Sabah paytaxtın 8 Noyabr prospektinin bir hissəsində hərəkət tam məhdudlaşdırılacaq


13-08-2024, 11:21. Yazar: Admin

Sabah paytaxtın 8 Noyabr prospektinin bir hissəsində hərəkət tam məhdudlaşdırılacaq

14 avqust saat 06:00-dan etibarən Bakı şəhəri, 8 Noyabr prospektində (Zığ şosesi istiqamətində) aparılacaq təmir işləri ilə əlaqədar Xaqani Rüstəmov küçəsindən Mərkəzi Bulvar küçəsinədək olan hissədə avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Bu barədə Qarabaginfo.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.
Bildirilib ki, qeyd olunan müddət ərzində sürücülərdən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.


Geri dön