Ana Sayfa > Karusel / İqtisadiyyat > Bakının restoran biznesində ən çox gəlir gətirən rayonları - SİYAHI

Bakının restoran biznesində ən çox gəlir gətirən rayonları - SİYAHI


12-08-2024, 11:11. Yazar: Admin

Bakının restoran biznesində ən çox gəlir gətirən rayonları - SİYAHI

2024-cü ilin yanvar-iyun aylarında Bakı şəhərində ictimai iaşə dövriyyəsi 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 7.8% artaraq 708.1 milyon manat olub.

Bu barədə Qarabaginfo.az-a Bakı Şəhər Statistika İdarəsindən bildirilib.

Statistika İdarəsinin məlumatına görə, cari ilin I yarımilində kafe və restoranların ən yüksək dövriyyəsi Səbail rayonunda qeydə alınıb. Bu dövrdə Səbail rayonunda ictimai iaşə dövriyyəsinin dəyəri 237 milyon 70 min manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 7.2% çoxdur.

Bu siyahıda ikinci yerdə Nərimanov rayonu gəlir. Belə ki, Nərimanovda ictimai iaşə dövriyyəsinin dəyəri 92 milyon 100 min manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1.2% çoxdur.

Üçüncü yerdə isə Nəsimi rayonu dayanır. Cari ilin yanvar-iyun aylarında Nəsimidə ictimai iaşə dövriyyəsinin dəyəri 85 milyon 623 min manat olub ki, bu da 2023-ci ilin yanvar-iyun ayları ilə müqayisədə 65.1% çoxdur.

Qeyd edək ki, hesabat dövründə paytaxtın üç rayonunda ictimai iaşə dövriyyəsi azalıb, doqquz rayonunda isə artıb.

Kafe və restoranların dövriyyələrinin ən yüksək artım faizi Nəsimi ( 65.1% artım) və Suraxanı (30.1% artım) rayonlarında, ən yüksək azalma faizi isə Sabuncu ( 22% azalma) və Xəzər ( 9.1% azalma) rayonlarında qeydə alınıb.

Aşağıdakı cədvəldə hesabat dövründə Bakı şəhərinin rayonları üzrə ictimai iaşə dövriyyələrinin həcmi və ötən ilin müvafiq dövrü ilə müqayisədə artıb-azalma faizləri verilib.

Bakının rayonları İctimai-iaşə dövriyyəsinin dəyəri, min manat Ötən ilin müvafiq dövrü ilə müqayisədə, faizlə
Səbail 237 070.1 7.2% artıb
Nərimanov 92 100.4 1.2% artıb
Nəsimi 85 623.7 65.1% artıb
Yasamal 71 854.3 2% azalıb
Xətai 57 505.6 2.2% artıb
Nizami 40 384.2 5.2% artıb
Binəqədi 37 464.4 1.9% artıb
Xəzər 29 596.6 9.1% azalıb
Qaradağ 19 735.9 7% artıb
Sabunçu 17 761.9 22% azalıb
Suraxanı 15 526.5 30.5% artıb
Pirallahı 3 437.8 11.5% artıb

Geri dön