Ana Sayfa > Karusel / Siyasət > İranda XİN başçısı və müdafiə naziri bu şəxslər olacaq- Pezeşkian onları seçdi

İranda XİN başçısı və müdafiə naziri bu şəxslər olacaq- Pezeşkian onları seçdi


12-08-2024, 11:03. Yazar: Admin

 

İranın yeni prezidenti Məsud Pezeşkian xarici işlər naziri və müdafiə naziri vəzifələrinə müvafiq olaraq Abbas Əraqçi və Əziz Nəsirzadənin namizədliyini irəli sürüb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə Pezeşkianın mətbuat xidməti məlumat yayıb. 2017-2021-ci illərdə Əraqçi islahatçı prezident Həsən Ruhaninin ikinci hökumətində xarici işlər nazirinin müavini vəzifəsində çalışıb. O, uzun müddət nüvə sazişi üzrə danışıqlarda İran nümayəndə heyətinə rəhbərlik edib, Rusiya XİN-in rəsmiləri ilə görüşmək üçün dəfələrlə Moskvaya gəlib. İran-İraq müharibəsi zamanı (1980-1988) SEPAH-da xidmət edib. Hazırda o, İranın Beynəlxalq Əlaqələr üzrə Strateji Şurasının katibidir.

General-mayor Nəsirzadə hazırda İran Silahlı Qüvvələri Baş Qərargah rəisinin birinci müavini vəzifəsini tutur və Moskvaya işgüzar səfərə gəlib.


Geri dön