Ana Sayfa > Karusel / Sosial > Kütləvi zəhərlənmələr bu restoranlarda olub - Araşdırma başladı
Kütləvi zəhərlənmələr bu restoranlarda olub - Araşdırma başladı12-08-2024, 10:30. Yazar: Admin |
Gəncə və Göygöldə kütləvi zəhərlənmə ilə bağlı araşdırma aparılır. Qarabaginfo.az xəbər verir ki, hadisə “Ağ ayı”, “Xan yurdu” və “Araz” iaşə obyektlərində, eyni zamanda mərasim evində qeydə alınıb. Fərqli hadisələr zamanı hələ ki, dəqiq bilinməyən səbəbdən 130 nəfərdən çox zəhərlənən var. Hər üç hadisə ilə bağlı Göygöl Rayon prokurorluğunda araşdırma aparılır. Prokurorluğun müstəntiqləri hadisə yerlərinə cəlb ediliblər. İlkin dəlil və sübutlar toplanıb, o cümlədən, zəhərlənməyə səbəb olacaq qidalardan nümunələr götürülüb. Hazırda zəruri istintaq hərəkətləri davam edir. Geri dön |