Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > İsrail avqustun 15-də Qəzza danışıqlarına nümayəndə heyəti göndərəcək
Ana Sayfa > Karusel / Dünya > İsrail avqustun 15-də Qəzza danışıqlarına nümayəndə heyəti göndərəcək

İsrail avqustun 15-də Qəzza danışıqlarına nümayəndə heyəti göndərəcək


9-08-2024, 08:14. Yazar: Admin

İsrail avqustun 15-də Qəzza danışıqlarına nümayəndə heyəti göndərəcək

İsrail ABŞ, Qətər və Misirin təklifinə uyğun olaraq avqustun 15-də Qəzza razılaşması ilə bağlı danışıqlara bir nümayəndə heyəti göndərəcək.

Qarabaginfo.az xəbər verir ki, bu barədə İsrailin baş naziri Binyamin Netanyahunun ofisi məlumat yayıb. Danışıqların yeri isə daha sonra müəyyən ediləcək.

“ABŞ və vasitəçilərin təklifi ilə İsrail avqustun 15-də sazişin icrasının təfərrüatlarını razılaşdırmaq üçün yeri daha sonra müəyyən ediləcək danışıqlara nümayəndə heyəti göndərəcək”, - deyə baş nazirin ofisinin məlumatında deyilir.


Geri dön