Ana Sayfa > Karusel / Dünya > Rusiyanın Lipetsk vilayəti Ukrayna ordusunun hücumuna məruz qalıb
Rusiyanın Lipetsk vilayəti Ukrayna ordusunun hücumuna məruz qalıb9-08-2024, 07:54. Yazar: Admin |
Rusiyanın Lipetsk vilayəti Ukraynaya məxsus PUA-ların kütləvi hücumuna məruz qalıb. Qarabaginfo.az Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə zamanı partlayıcı qurğular işə düşüb və hərbi aerodromda yanğın baş verib. Bölgədə fövqəladə vəziyyət rejiminin tətbiq edildiyi bildirilir. Əldə olunan məlumata görə Lipetsk vilayətində pilotsuz təyyarələrin hücumu zamanı 6 nəfər yaralanıb. Qubernator İqor Artamonov enerji infrastrukturu obyektinin zədələndiyini bildirib. Bundan başqa Lipetsk rayonunun dörd yaşayış məntəqəsinin (Koptsevy Xutor, Fedorovka, Yakovlevka, Tınkovka) sakinləri təxliyə edilir, müvəqqəti yerləşdirmə mərkəzləri və nəqliyyat vasitələri hazırlanır. 400-dən çox ev təxliyə zonasındadır. Təxliyə edilmiş yaşayış məntəqələrində sakinlərin evlərini və əmlakını qorumaq üçün postlar qurulur. Girişlərdə nəzarət buraxılış məntəqələri qurulub və nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Vilayətin ərazisində qırmızı həyəcan səviyyəsi ləğv olunana qədər zəruri hallar olmadan işçilərin işə cəlb edilməsi qadağan edilib. Geri dön |