Ana Sayfa > Karusel / Kriminal > Vüqar Səfərlinin müsadirə edilmiş əmlaklarının bir qismi geri qaytarılıb

Vüqar Səfərlinin müsadirə edilmiş əmlaklarının bir qismi geri qaytarılıb


8-08-2024, 16:42. Yazar: Admin

 Vüqar Səfərli milyonlar mənimsəyib - RƏQƏMLƏR

Məhkəmə ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) həbsdə olan sabiq icraçı direktoru Vüqar Səfərlinin cinayət işi üzrə qərar verib.

Qarabaginfo.az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsinin hakim Anar İbrahimovun sədrliyi ilə keçirilən məhkəmə iclasında onun cinayət işi üzrə müsadirə olunan əmlaklarını geri qaytarmaq üçün verdiyi apellyasiya şikayətinə baxılıb.

Məhkəmə tərkibi əmlakların cinayət baş verən dövrdən əvvəl alınması ilə bağlı dövlət qurumlarından gələn sorğuya cavabları və məhkumun vəkili Hikmət Əliyevin təqdim etdiyi digər sübutları araşdırdıqdan sonra Vüqar Səfərlinin milyonluq əmlakları müsadirədən azad edilib.

Əmlakların siyahısı aşağıdakı kimidir:

-Xətai rayonu, 8 Noyabr prospekti, 23 ünvanında yerləşən qeyri-yaşayış sahəsi;

 

-Binəqədi rayonu, Goradil kəndindəki 0,104 hektarlıq bağ sahəsi;

 

-Xətai rayonu, 8 Noyabr prospektində yerləşən 23 nömrəli evin birinci mərtəbəsindəki 39 kv/m-lik qeyri-yaşayış sahəsi;

 

-Xətai rayonunda yerləşən “Amay” ticarət mərkəzindəki mağaza.

 

Yuxarıda qeyd olunan əmlaklar Vüqar Səfərlinin özünə qaytarılacaq.

Eyni zamanda, Vüqar Səfərli ilə birgə cinayət məsuliyyətinə cəlb edilmiş Namiq Hacıyevin iki evi, Şahin İbrahimovun isə dəymiş ziyanın əvəzi olaraq Baş Prokurorluğun depozit hesabına qoyduğu 50 min manat pulu da müsadirədən çıxarılıb.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vüqar Səfərli cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 il 6 ay və “Portos” MMC-nin direktoru Nadir Məmmədov isə 6 il müddətinə azadlıqdan məhrum olunub.


Geri dön