Ana Sayfa > Karusel / Dünya > İspaniya polisi Puçdemonu tutmaq üçün səfərbər olub 

İspaniya polisi Puçdemonu tutmaq üçün səfərbər olub 


8-08-2024, 14:06. Yazar: Admin

Kataloniyanın separatçı lideri Carles Puigdemont

 

İspaniya polisi Kataloniya separatçılarının lideri Karles Puçdemonu ələ keçirmək məqsədilə Barselonanı mühasirəyə alıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.

Puçdemon qısa müddət ərzində şəhərdəki tərəfdarları qarşısında çıxış edib və sonra yoxa çıxıb.

2017-ci ildən İspaniya hakimiyyət orqanları tərəfindən axtarışda olan Puçdemonun səyahət etdiyi deyilən avtomobili axtaran zabitlər şəhərin çıxışlarında nəzarət-buraxılış məntəqələri qurublar.


Geri dön