Ana Sayfa > Karusel / Sosial > İki il əvvəl Laçında itkin düşmüş hərbçi ilə Gəncədə vida mərasimi keçirilir

İki il əvvəl Laçında itkin düşmüş hərbçi ilə Gəncədə vida mərasimi keçirilir


8-08-2024, 11:00. Yazar: Admin

itkin-duserek-helak-olan-firdovsi-ile-vida-merasimi-kecirilir

2022-ci ilin martın 3-də Laçın rayonunda sərhəd istiqamətində itkin düşən Azərbaycan Ordusunun əsgəri 2003-cü il təvəllüdlü Abdullayev Firdovsi Mais oğlu ilə Gəncədə vida mərasimi keçirilir.

Qarabaginfo.az xəbər verir ki, vida mərasimi onun ailəsini Gəncə şəhərində yaşadığı Məhsəti qəsəbəsində baş tutub.

Mərasimdə Firdovsi Abdullayevin ailə üzvləri, şəhid ailələri, qazi və hərbiçilər iştirak edirlər.

Vida mərasimindən sonra Firdovsi Abdullayevin meyitinin qalıqları sabah Gəncənin Şəhidlər xiyabanında dəfn ediləcək.

Qeyd edək ki 2003-cü il təvəllüdlü Abdullayev Firdovsi Mais oğlu Goranboy rayonunun Qaradağlı kəndində anadan olub. Hazırda ailəsi Gəncə şəhərində yaşayır.

Xatırladaq ki, 3 mart 2022-ci ildə Azərbaycan Ordusunun əsgərləri Məmmədov Fərid Əjdər oğlu və Abdullayev Firdovsi Mais oğlu Laçın rayonunda yüksək dağlıq və çətin relyefli ərazidə hava şəraitinin qəfil dəyişməsi və çovğun səbəbindən istiqaməti itirərək itkin düşüb, uzun müddət soyuq temperaturda qalmaqla donvurma səbəbindən ölüblər. Onların meyit qalıqları 3 iyul 2024-cü ildə Kəlbəcər rayonu, İstisu qəsəbəsindəki Yüzbulaq yaylağının ərazisində aşkarlanaraq götürülüb.(Apa)


Geri dön