Ana Sayfa > Karusel / Dünya > BMT TŞ-nin reaksiya verməməsi səbəbilə İran İsrailə cavab vermək məcburiyyətindədir

BMT TŞ-nin reaksiya verməməsi səbəbilə İran İsrailə cavab vermək məcburiyyətindədir


8-08-2024, 09:46. Yazar: Admin

BMT TŞ-nin reaksiya verməməsi səbəbilə İran İsrailə cavab vermək məcburiyyətindədir

“BMT Təhlükəsizlik Şurası səsini çıxara bilmədiyi üçün Tehranın təcavüzkar hərəkətlərinə qarşı İsrailə cavab verməkdən başqa çarəsi yoxdur.”

Qarabaginfo.az xəbər verir ki, bunu İranın xarici işlər naziri vəzifəsini icra edən Əli Baqiri Kani Ciddədə İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının fövqəladə iclasında bildirib.

“Hazırda İsrail rejiminin təcavüzünə qarşı Təhlükəsizlik Şurası tərəfindən hər hansı müvafiq tədbir görülmədiyi halda, İran İslam Respublikasının bu rejimin təcavüzünə qarşı qanuni müdafiə kimi ayrılmaz hüququndan istifadə etməkdən başqa seçimi yoxdur.”, - deyə Baqiri Kani deyib.

Baqiri Kani həmçinin Tehranın cavabının bu rejimin İran İslam Respublikasının suverenliyinə, vətəndaşlarına və ərazisinə növbəti hücumlarının qarşısını almaq üçün lazım olduğunu deyib.


Geri dön