Ana Sayfa > Karusel / Dünya > Rusiyalı hərbi jurnalistin sağ olması barədə xəbər yayılıb –Ağır yaralanıb

Rusiyalı hərbi jurnalistin sağ olması barədə xəbər yayılıb –Ağır yaralanıb


8-08-2024, 08:43. Yazar: Admin

Rusiyanın Yevgeni Poddubnının sağ olduğu barədə məlumatlar ortaya çıxıb.

Qarabaginfo.az bildirir ki, bu barədə Rusiya Silahlı Qüvvələrinin hərbi zabiti “Pozdnyakov” teleqram kanalında danışıb.

Videodakı döyüşçü yaralı hərbçinin təxliyyəsinə şəxsən köməklik etdiyini bildirib. Hərbçinin dediyinə görə, Poddubnının kürəyi ciddi şəkildə yanıb, lakin qəlpə yaraları olmayıb.

“O, normaldır, Kursk regional xəstəxanasına aparılıb”, – döyüşçü əlavə edib.

“Signal”ın mənbələri də bu məlumatı təsdiqləyir. Telekanalın məlumatına görə, jurnalist hazırda rayondakı xəstəxanalardan birində müalicə alır, vəziyyəti ağırdır.  Başından yara alıb.

Dövlət Dumasının Müdafiə Komitəsinin sədr müavini Dmitri Sablin Yevgeni Poddubnının sağ olduğunu bildirib.

Deputat Teleqram kanalında yazıb: “Jenya sağdır”.

Sablin başqa təfərrüatları açıqlamayıb.

Bundan əvvəl bir sıra mənbələr Poddubnının Kursk vilayətində həlak olduğunu bildirmişdi.


Geri dön