Ana Sayfa > Karusel / Dünya > ABŞ-da keçirilən son sorğuya görə Harris Trampdan 3 xalla önə keçib
ABŞ-da keçirilən son sorğuya görə Harris Trampdan 3 xalla önə keçib8-08-2024, 08:24. Yazar: Admin |
Noyabrın 5-də ABŞ-da keçiriləcək prezident seçkiləri öncəsi nəticələri açıqlanan sonuncu sorğuda Respublikaçılar Partiyasından prezidentliyə namizədi Donald Tramp demokrat rəqibi Kamala Harrisdən 3 xal geri qalıb. qarabaginfo.az xəbər verir ki, NPR radiosu, PBS televiziyası və Marist Kollecinin birgə keçirdiyi sorğuya əsasən, Harrisin performansı əvvəlki sorğularla müqayisədə daha yüksəkdir. Sorğunun nəticələrinə görə ABŞ vitse-prezidenti Harris 51-48 faizlə rəqibi Trampı 3 xal qabaqlayaraq seçki yarışını davam etdirir. Sorğuda iştirak edənlərin 53 faizi Harrisin demokratiyanı Trampdan daha yaxşı qoruyacağını düşünür. İmmiqrantlar məsələsində də səs verənlərin 52 faizi Trampın Harrisə qarşı mövqeyinin daha güclü olduğunu düşünür. Bundan əlavə, ABŞ seçicilərinin 51 faizi Harrisdən çox Trampın Yaxın Şərqdəki gərginliyi daha yaxşı idarə edəcəyinə inanır. “The Cook Political Report” adlı sorğu şirkəti isə Harrislə Tramp arasındakı xal fərqinin 1,3-%ə qədər azaldığını bildirib. “Wall Street Journal” qəzetinin keçirdiyi sorğu da qeydə alınmış seçicilər arasında Harrisin rəğbətində kəskin artım olduğunu üzə çıxarıb. Geri dön |