Ana Sayfa > Karusel / Dünya > Səudiyyə Ərəbistanı Haniyə sui-qəsdinin İranın suverenliyinin açıq şəkildə pozulması olduğunu bildirib

Səudiyyə Ərəbistanı Haniyə sui-qəsdinin İranın suverenliyinin açıq şəkildə pozulması olduğunu bildirib


8-08-2024, 08:22. Yazar: Admin

Səudiyyə Ərəbistanı Haniyə sui-qəsdinin İranın suverenliyinin açıq şəkildə pozulması olduğunu bildirib

Səudiyyə Ərəbistanı HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehrana səfəri zamanı öldürülməsinin İranın suverenliyinin açıq şəkildə pozulması olduğunu və regional sülh və təhlükəsizliyə təhdid olduğunu bəyan edib.

Qarabaginfo.az xəbər verir ki, Səudiyyə Ərəbistanının xarici işlər nazirinin müavini Vəlid əl-Hüreyci İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilən iclasında İsrailin Fələstin xalqına qarşı hücumları və İranın suverenliyini pozmasını müzakirəyə çıxarıb.

əl-Hürayci bəyan edib ki, Ər-Riyad rəhbərliyi İsrailin Fələstin torpaqları daxilində və xaricində Fələstin xalqına qarşı açıq-aşkar hücumları və qeyri-qanuni əməliyyatları səbəbilə Fələstin ərazilərində artan hadisələrin ciddiliyinin fərqindədir.

O həmçinin qeyd edib ki, HƏMAS lideri Haniyənin Tehrana səfəri zamanı öldürülməsi İranın suverenliyi, ərazi bütövlüyü, milli təhlükəsizliyi, beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır və regional sülh və təhlükəsizliyə təhdiddir.


Geri dön