Ana Sayfa > Karusel / İqtisadiyyat > Azərbaycanda yeni nəsil NKA-lar vasitəsilə dövriyyə 12.2 mlrd. manatı ötüb
Azərbaycanda yeni nəsil NKA-lar vasitəsilə dövriyyə 12.2 mlrd. manatı ötüb7-08-2024, 13:51. Yazar: Admin |
İndiyədək Azərbaycanda 99.690 ədəd yeni nəsil nəzarət-kassa aparatları (NKA) quraşdırılıb. Bu barədə Qarabaginfo.az-a İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir. Məlumata görə, 2024-cü ilin yanvar-iyul ayları ərzində belə NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 12 milyard 271 milyon manatdan artıq olub ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 1,2 milyard manat, yaxud 10,1% çoxdur. Qeyd edilib ki, yeni nəsil NKA-dan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb. Geri dön |