Ana Sayfa > Karusel / Dünya > İsrail və Almaniya müdafiə nazirləri arasında telefon danışığı olub

İsrail və Almaniya müdafiə nazirləri arasında telefon danışığı olub


7-08-2024, 13:21. Yazar: Admin

İsrail müdafiə naziri Yoav Qallant və Almaniya müdafiə naziri Boris Pistorius

 

İsrail müdafiə naziri Yoav Qallant və Almaniya müdafiə naziri Boris Pistorius arasında telefon danışığı olub.

Qarabaginfo.az xəbər verir ki, bu barədə İsrail müdafiə naziri "X" hesabında paylaşım edib.

"Dostum, Almaniyanın müdafiə naziri Boris Pistorius ilə vacib müzakirə apardıq. Nazirə təhlükəsizlik vəziyyəti, İran və onun proksilərinin İsrailə və daha geniş regiona qarşı yaratdığı təhdidlər barədə məlumat verdim. Nazir, İsrailin yanında olduğunuz üçün təşəkkür edirəm. Azad dünya ən böyük sabitliyi pozan və terrorun ixracatçısı olan İrana qarşı bir araya gəlməlidir", - Qallant paylaşımında qeyd edib.


Geri dön