Ana Sayfa > Karusel / Dünya > KİV: Ukrayna ordusu Kursk vilayətində bir neçə kəndi nəzarətə götürüb, döyüşlər davam edir
KİV: Ukrayna ordusu Kursk vilayətində bir neçə kəndi nəzarətə götürüb, döyüşlər davam edir7-08-2024, 13:19. Yazar: Admin |
Rusiyanın Kursk vilayətində vəziyyət son dərəcə gərgindir. Qarabaginfo.az xəbər verir ki, bu barədə Rusiyanın bır sıra teleqram kanalları məlumat yayıb. Bildirilib ki, Ukrayna ordusu ötən gecə ərzində davam edən şiddətli döyüşlər nəticəsində Kursk vilayətinin Sudja rayonu ərazisindəki Nikolaevo-Daryino və Sverdlikovo kəndlərinə nəzarəti ələ keçirib. Oleşynya yaşayış məntəqəsində isə vəziyyət gərgin olaraq qalır. Ukrayna ordusunun hücumu zamanı Rusiya tərəfindən azı 5 dinc sakin ölüb, 28 nəfər yaralanıb. Tibbi personalın məlumatına görə, yaralıların əksəriyyəti dinc sakinlərdir. O da bildirilir ki, Ukrayna hərbçiləri hücumun arealını daha da genişləndirməklə bağlı tapşırıq alıb. Bunda əsas məqsədin müdafiə xəttini yararaq, daha çox əraziyə nəzarəti təmin etməkdir. Ukrayna tərəfi həmçinin, Qoqolevskaya və Qonçarovka qəsəbələrinə nəzarəti təmin edib. Kanallar onu da yazır ki, hazırda Rusiya ərazisində Ukrayna ordusunun 2000 nəfərədək şəxsi heyəti var. Kursk vilayətinin qubernatoru Aleksey Smirnovun sözlərinə görə, Ukrayna tərəfinin əsas məqsədi rayon mərkəzinə yaxın ərazilərdə möhkəmlənmək, eləcə də “Kurçatov” AES-i ələ keçirməkdən ibarətdir. Döyüşlər nəticəsində Ukrayna ordusuna məxsus 16 ədəd zirehli maşın və iki ədəd “Buk” zenit-raket kompleksi zərərsizləşdirilib. Bölgədə vəziyyətin mürəkkəbliyini ərazidə olan hərbi jurnalistlər də təsdiqləyib. Bildirilib ki, gecə ərzində Ukrayna tərəfinin 12 ədəd zirehli texnikası sıradan çıxarılıb. Onların sözlərinə görə, baş verənlər qarşı tərəfin hücumları daha da genişləndirəcəyini, eləcə də Rusiyanın ərazisinin bir hissəsini işğal etmək istədiyini göstərir. Geri dön |