Ana Sayfa > Karusel / Dünya > Kanada diplomatlarının ailələrini İsraildən çıxarır

Kanada diplomatlarının ailələrini İsraildən çıxarır


7-08-2024, 10:04. Yazar: Admin

Avqustun 7-də kanadalı diplomatların ailələri İsraili tərk edərək İordaniyaya gedəcəklər.

Qarabaginfo.az xəbər verir ki, bu barədə “Ynet” portalı məlumat yayıb.

Artıq Kanadanın Təl-Əvivdəki səfirliyi İsrail Xarici İşlər Nazirliyini bu barədə məlumatlandırıb.

Məlumata görə, təhlükəsizlik vəziyyətinin pisləşməsi və İrandan gözlənilən hücuma görə Kanada diplomatlarının ailələrini İsraildən təxliyə etmək qərarına gəlib.


Geri dön