Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > KİV: HAMAS İsmayıl Haniyənin varisini müəyyənləşdirib
Ana Sayfa > Karusel / Dünya > KİV: HAMAS İsmayıl Haniyənin varisini müəyyənləşdirib

KİV: HAMAS İsmayıl Haniyənin varisini müəyyənləşdirib


6-08-2024, 16:55. Yazar: Admin

HAMAS-ın keçmiş siyasi lideri İsmayıl Haniyə

 

İsmayıl Haniyənin varisi Məhəmməd İsmayıl Dərviş HAMAS-ın siyasi qanadına rəhbərlik edəcək.

Qarabaginfo.az xəbər verir ki, bu barədə "Al-Arabiya" kanalı adı açıqlanmayan mənbələrə istinadən məlumat yayıb.

Mənbələr bildirib ki, Qətərdə yaşayan Məhəmməd İsmayıl Dərviş yeni seçkilər keçirilənə qədər HAMAS-ın siyasi bürosuna rəhbərlik edəcək.

Xatırladaq ki, İranın yeni prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etmək üçün bu ölkədə olan İsmayıl Haniyə iyulun 31-də Tehrandakı iqamətgahına raket zərbəsinin endirilməsi nəticəsində həlak olub.


Geri dön